İdman 22:26 22.03.2019

Azərbaycan yığması Gürcüstana məğlub oldu

Makedoniyada təşkil olunmuş UEFA İnkişaf turnirinə start verilib. 

ONA-nın məlumatına görə, Azərbaycanın U-16 yığması bu gün ilk oyununu keçirib. 

2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət millimiz Gürcüstan yığması ilə qarşılaşıb. Görüş qonşu ölkə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.