İdman 23:42 27.01.2020

Azərbaycan yığması Makedoniyaya yenə qalib gəldi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşü keçirib.

"Qaynarinfo-nun məlumatına görə, rəqib yenə Makedoniya yığması olub. Görüş Samir Əliyevin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasındakı ilk görüşdə də Azərbaycan millisi qalib gəlmişdi - 2:0.