İdman 21:15 26.03.2019

Azərbaycan yığması son oyunda da darmadağın oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində bu gün son oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv rumıniyalı həmyaşıdları ilə qarşılaşıb. "Kuban” stadionunda keçirilən qarşılaşma saat 18:00-da start götürüb.

İlk oyunda Rusiya ilə qolsuz bərabərə qalan Azərbaycan millisi ikinci qarşılaşmada İrlandiyaya 1:3 hesabıyla uduzmuşdu. Rumınlarla görüşdə isə komandamız daha böyük hesabla məğlub olub.

Qrupun digər matçında lider İrlandiya meydan sahibi Rusiyaya 2 cavabsız qolla qalib gəlib.

AÇ-2019, Elit-raund mərhələsi, 1-ci qrup

26 mart

Rumıniya – Azərbaycan 4:0
Qol: Valentin Mihayla, 7; 20. Andrey-Marius Rus, 29. Alexandru Tirlya, 90+3.