İdman 18:21 26.11.2013

Azərbaycan yığmasında saqqız qalmaqalı

"Sumqayıt" klubunun rəhbərliyi hücumçu Pərdis Fərcad-Azadı cərimələmək qərarına gəlib.

Azerisport.az xəbər verir ki, bu qərara səbəb, Tallində Estoniya yığmasına qarşı keçirilmiş oyun (1:2) ərəfəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndiyi an Pərdis Fərcad-Azadın saqqız çeynəməsi olub.

“Sumqayıt” klubunun rəhbərliyi cərimə məbləğini bəyan etməsə də, bunun kifayət qədər böyük məbləğ olduğu ehtimal edilir.

Qaynar.info