İdman 20:47 31.08.2020

Azərbaycan yığmasının iki oyunu təxirə salınıb

Azərbaycan millisinin qadınlardan ibarət futbol komandaları arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilməsi nəzərdə tutulan iki oyunu təxirə salınıb.

Qaynarinfo AFFA-ya istinadla xəbər verir ki, sentyabrın 16-da və 22-də keçirilməli olan Azərbaycan – Moldova və Azərbaycan – İspaniya qarşılaşmaları COVID-19 pandemiyası ilə əlaqədar müvafiq milli assosiasiyalar arasında qarşılıqlı razılaşma və UEFA-nın qərarı əsasında gələn ilə təxirə salınıb.

Qarşılaşmaların 2021-ci ilin fevralında keçirilməsi nəzərdə tutulub.