Video 23:28 24.02.2019

Azərbaycana gələn ərəb turistlərin sayı artacaq (VİDEO)

Azərbaycana gələn ərəb turistlərin sayı artacaq.

Buna səbəb Körfəz ölkələrindən Bakıya yeni reyslərin açılmasıdır.

Səudiyyə Ərəbistanına məxsus bir aviaşirkət iyunun 1-dən etibarən birbaşa Bakıya yeni reyslər açacağını elan edib.

Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, ərəb aviaşirkətləri bu reyslərə tələb olduğu üçün belə bir addım atır. Çünki ölkəmiz hər il daha çox tanınır.

Rəhman Quliyev bildirir ki, yeni reyslərin açılması ölkəmizə gələn ərəb turistlərin sayına ciddi təsir edəcək. Çünki birbaşa reys həm rəqabət mühitində bilet qiymətinə təsir edir, həm də turistlərin ölkəmizə rahat gəlişinə şərait yaradır.

Gözlənilir ki, yay aylarında ərəb turistlər xüsusilə Bakıda istirahətə üstünlük verəcəklər. (Xəzər TV)