Video 22:10 25.03.2018

Azərbaycana gələn turistlərin sayı artır (VİDEO)

Azərbaycanda Novruzun təntənəli keçirilməsi turistləri ölkəmizə cəlb edir. Novruz tətilində ölkəmizə ən çox turistlər məhz İrandan gəlir.

Qaynarinfo xezerxeber.az-a istinadən bildirir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov açıqlayıb.

Nazir müavininin sözlərinə görə, turistlər əsasən Novruz festivallarına baxmağa üstünlük verirlər ki, bu ildə paytaxtın mərkəzi hissəsində təşkil edilən bu festival 6 gün boyunca davam edib və buranı 10 minələrlə turist ziyarət edib. İranlı turistlərlə yanaşı, ərəb ölkələri və Hindistandan gələn turistlərin sayı da kifayət qədər çox olub. Şəhərin mərkəzi hissəsində təşkil edilən Novruz şənlikləri isə bu gün başa çatacaq.

Yay mövsümündə də ölkəmizə gələn turistlərin sayını artırmaq üçündə xüsusi plan hazırlanıb və xüsusilə çimərlik turizminin inkişafı üçün iş aparılır. odur ki, özündə çimərlik standartlarını və qaydlarını əks etdirən qanun layihəsidə hazırlanıb və müvafiq qurumlara baxılması üçün göndərilib.

Nazim Səmədovun sözlərinə görə, bu ilin ilk iki ayında ölkəmizə gələn turistlərin sayında 12,3 %, yaxud 350 min nəfərlik artım olub. Bu artımın növbəti aylarda daha da artacağı gözlənilir.