Ölkə 18:50 07.12.2018

Azərbaycanda 10 yaşlı uşağın əlində pirotexniki vasitə partladı: vəziyyəti ağırdır

Bərdə rayonunda 10 yaşlı uşağın əlində pirotexniki məhsul olan partlayıcı vasitə partlayıb.

Qaynarinfo report-a istinadən xəbər verir ki, rayon sakini, 2008-cu il təvəllüdlü Məhəmməd Süleymanov əlindəki partlayıcı paketi alışdırarkən ehtiyatsızlıqdan pirotexniki vasitə onun əlində partlayıb. Nəticədə azyaşlı uşağın üz və bədənin müxtəlif nahiyələri yanıb.

O, təcili olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda uşağın vəziyyəti kafi qiymətləndirilir.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!