Gələn aydan etibarən ölkədə serioliji testləri aparılacaq.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, anticisimlərlə bağlı tədqiqatlar da aparılacaq: "Koronavirusdan sağalan şəxslərin nəticələrini sentyabr ayında analiz edəcəyik. Tədqiqatların müəyyən istiqamətləri təyin olunub”.
R.Bayramlı bildirib ki, hökumət 10 yeni avtomatlaşdırılmış laboratoriyanın qurulması barədə qərar verib.
Şərhlər