Sənət 11:51 14.10.2014

Azərbaycanda 18 + film çəkilir: “Qırmızı bibər”

Azərbaycanda açıq-saçıq səhnələrlə yadda qalacaq 18 + film çəkilir.

Axşam.az-ın məlumatına görə, bu haqda rejissor Nail Naiboğlu deyib. O, ssenarisi özünə məxsus olan ekran işinin “Qırmızı bibər” adlanacağını söyləyib:
“Bu, ilk filmimdir. Çoxdandır kino çəkməyi arzulayırdım. Bilirəm ki, ekran işi səs-küy yaradacaq. Burada ehtiras, eşq, intiqam var. Filmdə model Sofi Şah rol alacaq. Başqa heç bir tanınmış simadan istifadə etməyəcəm. İstəyirəm bütün aktyorları özüm yetişdirim. Gənc aktyorlara müraciət etmişəm. “Təhminə” filmindən sonra reytinq verəcək növbəti ekran işi “Qırmızı bibər” olacaq. Dünəndən çəkilişlərə başlamışıq. Etiraf edim ki, erotik səhnələrə yer verəcəyik”.

Qaynar.info