Ölkə 21:30 12.04.2019

Azərbaycanda 2 sığorta şirkətinin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycanda 2 sığorta şirkətinin fəaliyyəti məhdudlaşdırılıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MNBP) məlumat yayıb.

Məlumata görə, "AtaSığorta” ASC və "Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) və "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən, Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin 12 aprel 2019-cu il tarixli qərarı ilə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə "AtaSığorta” ASC və "Atəşgah” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.