Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 25-i gündüzədək ölkə ərazisində hava şəraiti sabit və yağmursuz keçib.
Sumqayıt, Bakı, Maştağa, Binə, Pirallahı, Çilov adası, Şəmkir, Nabran, Xaçmaz, Qəbələ, Lerik, Biləsuvar, Lənkəranda duman müşahidə olunub.
Havanın temperaturu martın 24-də Bakıda iqlim normasından 5,7° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19°-dək isti, Aran rayonlarında 17-20° isti, dağlıq rayonlarda 12°-dək isti, Naxçıvan MR-da 16-22° isti olub.
Şərhlər