"Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” hərraca çıxarılır.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, aprelin 9-da keçiriləcək hərraca çıxarılan "Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi”nə ilkin qiymət 37 744 000 manat qoyulub.
Əmlak kompleksinin tərkib hissəsi olan torpaq sahələrinin dəyəri - 10 536 603 manat, binalar, tikililər və tamamlanmamış tikilinin dəyəri 18 950 826 manat, nəqliyyat vasitələri, texnika və avadanlıqlar, digər aktivlər isə 8 256 571 manatdır.
Hərracda iştirak etmək istəyənlər satış qiymətinin 10%-i miqdarında behi sifarişçinin depozit hesabına isə 01/02 D nömrəli lot üzrə köçürməlidir.
Fiziki şəxslər şəxsiyyət vəsiqəsini, hüquqi şəxslər təsis sənədlərini, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə xarici hüquqi şəxslərin əmlaka daxil olan torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Hərracı udmuş şəxs alış qiymətini 10 iş günü müddətində sifarişçinin depozit hesabına ödəməlidir.
Şərhlər