Sağlamlıq 19:00 15.08.2020

Azərbaycanda aktiv COVID-19 xəstələrinin sayı 2 mindən aşağı düşdü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyalı aktiv xəstələrin sayı azalıb.

Qaynarinfo xəbər verir ki, hazırda aktiv xəstə sayı 1 904 nəfər təşkil edir.

Xatırladaq ki, bu gün ölkədə 89 yeni yoluxma faktı qeydə alınıb, 207 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 2 nəfər isə vəfat edib.