Azərbaycanda baş həkim COVID-19-a yoluxdu

Azərbaycanda baş həkim COVID-19-a yoluxdu

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi koronovirusa yoluxub. 

Qaynarinfo Report-a istinadən xəbər verir ki, xəstəxananın baş həkimi Xoşbəxt Ağayevanın koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi test analizinin nəticəsi müsbət çıxıb. 

X.Ağayeva xüsusi rejimli koronavirus xəstələri üçün ayrılmış Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun müalicələri davam etdirilir.

Qeyd edək ki, X.Ağayeva ötən ilin noyabr ayında Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR