Ölkə 13:26 25.01.2014

Azərbaycanda baş rejissor vəfat etdi

Azərbaycan daha bir sənətkarını itirdi. 

Anspress-in məlumatına görə, Mingəçevir Dram teatrının baş rejissoru İldırım Cabbar vəfat edib. Bu barədə mərhum sənətkarın nəvəsi Elsevər Cabbarov verib. 

73 yaşında həyatını itirən sənətçi barədə danışan nəvəsi qeyd edib ki, babası heç bir xəstəlikdən şikayət etməyib, sonuncu dəfə qrip xəstəliyinə yoluxub onunla da dünyasını dəyişib. 

“Babam hər zaman Allaha dua edərdiki, məni həyat yoldaşımdan qabaq öldür, heç kimə möhtac qalmayım. O məndən qabaq dünyasını dəyişsə qolum-qanadım qırılar”. Dahi insanın arzusu istədiyi kimi həyata keçdi”, deyə Elsevər Cabbarov bildirib. 

Qaynar.info