Texnologiya 18:21 26.07.2017

Azərbaycanda “Blockchain” mövzusunda tədbir təşkil olunub (FOTOLAR)

Technote Event təşkilatçılığı ilə "Blockchain for Startups" mövzusunda 45 nəfərin iştirakı ilə görüş baş tutub. Moderator Orxan Əhmədin idarəetməsi ilə blockchain texnologiyası, kriptovalyutalar, ICO və startapların ICO-dan necə istifadə etməsi haqqında müzakirələr aparılıb. 70 nəfərin qeydiyyatdan keçdiyi görüşə 45 seçilmiş iştirakçı dəvət alıb.

Görüşə, dövlət qurumları, müxtəlif bankların nümayəndələri ilə yanaşı bu sahənin mütəxəssisləri də qatılıb. 2 saat davam edən müzakirə formatlı görüşdə əsasən Blockchain texnologiyası haqqında ümumi mövzulardan danışıldı. Daha çox məlumat və informasiya xarakterli olan bu görüş, ekosistemdə bu sahənin insanlarının tanışlığına vəsilə olmaq məqsədi güdürdü. Technote Event hazırda növbəti Blockchain mövzulu tədbirlərdə daha spesifik mövzuları əhatə etməyi planlaşdırır.

Növbəti Technote Event göürüşü isə "Fintech" mövzusunda spesifik bir görüşlə Avqust ayında baş tutacaq. Tədbirdə iştirakı qaçırmamaq üçün event səhifəsini izləməyi unutmayın.

Qaynarinfo.Az