Tanınan simalar hər zaman şəxsi həyatları ilə maraq dairəsində olublar.
Qaynarinfo axşam.az-a istinadən ailə həyatı qurub, daha sonra boşanan məşhur şəxslərlə bağlı siyahını təqdim edir:
Müğənni Lətifə Soyuöz 7 il ailəli qaldığı Dəniz Soyuözlə ayrılıb. Onun bu evlilikdən bir oğlan övladı var.
ATV telekanalının məşhur aparıcıları Samirə Mustafayeva və Vaqif Aydınoğlu da evliliklərinə son qoyublar. Uzun illər ailəli qalan cütlük 2016-cı ildə gözlənilməz şəkildə boşanıb. Onların bir qız övladı var.
Rejissor Fuad Əlişov aktrisa həyat yoldaşı Sevinc Əlişovadan ayrılıb. Cütlüyün bu nikahdan üç övladı dünyaya gəlib.
Teleaparıcı Nurlana Cəfərova Türkiyə vətəndaşı olan Mehmet Uğur Aydınla ayrılıb. Onlar cəmi bir il ailəli qalıb.
Əməkdar artist Sevda Ələkbərzadə Cənubi Azərbaycandan olan Kamiyardan ayrılıb. Onlar 2015-ci ilin mayında ailə qurmuşdu. Müğənni bildirib ki, keçmiş əri xaricdə yaşayır, özünün isə işləri Azərbaycandadır. Buna görə də onlar ayrı ölkələrdə yaşamaq məcburiyyətindədirlər.
Müğənni Dilarə Kazımova da türkiyəli əri Mert Aslanla ayrılıb.
Xalq artisti Faiq Ağayev 1 dəfə evli olub. 14 il əvvəl Nigar Topçubaşova adlı xanımla evlənən müğənni 2 il sonra boşanıb. Hazırda Nigar ikinci dəfə ailəlidir. Qeyd edək ki, F.Ağayevin böyük oğul övladı var. Bu haqda çox danışmağı xoşlamayan sənətçi övladının anası haqda heç vaxt açıqlama verməyib.
Xalq artisti Aygün Kazımova İlqar adlı şəxslə ailə həyatı qurub. Bu evlilikdən İlqarə dünyaya gəlib.
Xalq artisti Nazpəri Dostəliyeva da boşanıb. Bir dəfə ailə quran Dostəliyevanın iki oğul övladı var.
Xalq artisti Flora Kərimova üç dəfə ailə qurub. Onun həyat yoldaşları dünyasını dəyişib. Kərimovanın övladlığa götürdüyü oğlu var. Onun üçüncü evlilikdən Zümrüd adlı bir qızı dünyaya gəlib.
Xalq artisti Məleykə Əsədova bir dəfə ailə qurub və boşanıb. Onun Gülər adlı qızı var.
Əməkdar artist Elza Seyidcahan bir dəfə ailəli olub. Bu nikahdan bir qızı, bir oğlu var.
"Eurovision 2011”in qalibi Nigar Camal müsabiqədən sonra həyat yoldaşından ayrıldı. Onun bu nikahdan iki qızı var.
Müğənni İzzət Bağırov da boşanan məşhurlardandır. Onun ilk evliliyi uğursuz olub. İkinci dəfə ailə quran sənətçinin üç uşağı var.
Müğənni Nura Suri üç dəfə ailə həyatı qurub. Sənətçinin üç övladı var.
Müğənni Kərim Abbasov 2008-ci ilin yanvar ayında prodüser Təranə Səmədova ilə evlənib. Cütlük daha sonra qalmaqallı şəkildə boşanıb. Kərim ikinci dəfə Təranə adlı başqa xanımla evlənib. Təranə isə o vaxtdan sonra ailə qurmayıb.
Əməkdar artist Mətanət İsgəndərli iki övladının atasından boşanıb.
Əməkdar artist Firuzə İbadova da bir dəfə ailəli olub və boşanıb. Onun Hülya adlı qızı var.
Xalq artisti Ağadadaş Ağayev iki dəfə rəsmi nikahda olub.
Əməkdar artist Abbas Bağırov bir dəfə ailə qurub boşanıb. Onun bu nikahdan bir qızı var. Bu il isə Abbas ikinci dəfə evləndi.
Əməkdar artist Almaz Ələsgərlinin də ailə həyatı uzun sürməyib. Onun iki qız övladı var. Ələsgərlinin qızları da ailə qurub və qısa müddət sonra onlar da boşanıb.
Repçi Elşad Xose və rəqqasə Oksana Rəsulova 2012-ci ildə evlənib. Bir neçə ay sonra isə cütlük ayrılıb. Oksana Elşada qədər iki dəfə evli olub.
Müğənni Mətanət Əsədova 1 dəfə ailə qurub və ayrılıb.
Aparıcılar Vüsalə Əlizadə və Azər İsmayılov cütlüyü evli olub. Onlar qalmaqallı şəkildə ayrılıblar. Cütlüyün Dilək adlı qızı var.
"Şeron” qrupunun üzvü Rüstəm Zeynallı üç dəfə ailə qurub. Onun ikinci həyat yoldaşı xalq artisti Aftandil İsrafilovun qızı Həcər olub. Rüstəm üçüncü dəfə xarici vətəndaşla nikaha girib.
Müğənni Səidə Dadaşova sosial şəbəkə vasitəsi ilə tanış olduğu Türkiyə vətəndaşı Səlçuk Gökgözlə ailə qurub, qalmaqallı şəkildə də boşanıb. Səidə ikinci dəfə ərə gedib və bir oğlu var.
Əməkdar artist Tünzalə Ağayeva rejissor Rəhmanla ailə həyatı qurub, boşanıb. Həmin evlilikdən bir qızı var.
Müğənni Xatun 1 dəfə ailə qurub və boşanıb. Onun bir oğlu var.
Müğənni Zamiq Hüseynov Nigar adlı xanımla ailə qurub. Bir neçə aydan sonra cütlük boşanıb. Mayda Zamiq ikinci dəfə özünə toy edəcək.
Müğənni Rahidə Baxışova iki dəfə ərə gedib və ayrılıb. Onun iki övladı var.
Müğənni Vasif Məhərrəmli 2 dəfə evlənib. İlk həyat yoldaşı dünyasını dəyişən sənətçi ikinci dəfə qohumunu alıb. Onun bir qız, bir oğlan övladı var.
Müğənni Rəqsanə İsmayılova da ilk həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan Aysun adlı qızı var. Sənətçinin daha sonra nikahdan kənar qızı doğulub. Rəqsanə bir neçə il əvvəl ikinci dəfə ailə qurub.
Müğənni Natavan Həbibi reper Dado ilə ailə qurmuşdu. Cütlük cəmi 5 ay ailəli qalıb.
Müğənni Samira Allahverdi də ayrılan məşhurlardandır. Sənətçi bu haqda heç vaxt açıqlama vermir.
Aşıq Samirə Əliyeva iki dəfə ailəli olub. O, ikinci həyat yoldaşı prodüser Rizvandan da boşanıb.
Müğənni Rəvan Qarayev də iki dəfə evlənib. Sənətçi bir neçə ay əvvəl ikinci həyat yoldaşından da ayrılıb. Onun iki qız övladı var.
Reper Anar Nağılbaz iki övladının anası Anjelikadan ötən il ayrılıb.
Aparıcı Lalə Azərtaş da həyat yoldaşından ayrılıb. Onun bu nikahdan iki qız övladı var.
Aktyor Fərda Xudaverdiyev də bu günlərdə boşananlar sırasına daxil olub. Belə ki, yumor ustası 8 illik həyat yoldaşı ilə ayrılıb. Boşanma istəyi Fərdanın xanımından gəlib. Buna səbəb Xudaverdiyevin ona xəyanət etməsi olub. Cütlüyün iki övladı var. Fərdanın keçmiş həyat yoldaşının qohumu olduğu deyilirdi.
Şərhlər