Ölkə 16:33 18.03.2021

Azərbaycanda Britaniya ştammına yoluxanların yaşı açıqlandı

İndiyədək Azərbaycanda "COVID 19”un Britaniya ştammına və digər ştammlara yoluxma olub-olmamasını yoxlamaq üçün mütəmadi olaraq genom analizi aparılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə APA-ya Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, aparılan analizlər nəticəsində ikisi kişi, biri qadın olmaqla 1977, 1961, 1992-ci il təvəllüdlü üç nəfərdə virusun Britaniya ştammı aşkarlanıb.

Həmin şəxslərdən birinin Ukraynada yoluxduğu müəyyən edilib.