Ekonomiks 21:37 30.10.2019

Azərbaycanda bu il nə qədər avtomobil istehsal edilib?

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 221,7 milyon manatlıq məhsul istehsal edilib.

Qaynarinfo-nun məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,8 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı 11,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,2 faiz azalıb.

Dövr ərzində 886 ədəd traktor, 1688 ədəd minik avtomobili istehsal olunub.