Ölkə 12:40 25.05.2021

Azərbaycanda bu qadağalar ləğv olundu (SİYAHI)

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib. 

Qaynarinfo xəbər verir ki, brifinqdə karantinlə bağlı qəbul olunan yeni qararlar elan edilib.

Həmin siyahını təqdim edirik:

- Mayın 31-dən açıq havada tibbi maskadan istifadə ləğv olunur
- Mayın 31-dən "Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunur
- Mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa olunur
- İyunun 10-dan məscidlər açılır
- İyunun 10-dan "Mall”ar və iri ticarət mərkəzləri açılır
- İyunun 10-dan çimərliklərin fəaliyyəti bərpa edilir
- İyunun 10-dan İdman və sağlamlıq bərpa müəssisələrinin fəaliyyətinə icazə verilir.