Ölkə 18:27 29.12.2017

Azərbaycanda bu sahənin işçilərinə bina tikilir (RƏSMİ)

MİDA-nın dövlət sifarişi əsasında mənzil tikintisi üzrə ilk layihəsi "ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən gənc ailə üzvü” kateqoriyasına aid olmayan, təhsil sahəsində çalışan digər işçiləri əhatə edəcək. 

Agentlikdən Qaynarinfo-ya verilən məlumata görə, Təhsil Nazirliyinin müraciəti əsasında reallaşdırılacaq ilk dövlət sifarişi layihəsi çərçivəsində Yasamal Yaşayış Kompleksinin ərazisində 1 binanın tikintisi nəzərdə tutulur.

Həmin yaşayış evinin mənzillərinin bir hissəsi Təhsil Nazirliyi tərəfindən təhsil işçilərinə təqdim olunacaq, qalan hissəsi isə "MİDA” MMC-nin sərəncamına verilərək "Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılacaq. 

Qeyd edək ki,  Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən mənzil təminatı üçün 2 əhali qrupu hədəf olaraq müəyyən edilir: seçilmiş kateqoriyalara aid edilən şəxslər və Dövlət Sifarişi əsasında müəyyənləşdirilən şəxslər. Yol Xəritəsinə əsasən, dövlət sifarişi – müvafiq dövlət orqanının, təşkilatının və ya müəssisəsinin MİDA tərəfindən inşa ediləcək binalarda uyğun qiymətə mənzillərin ayrılması ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada edilən sifarişidir.