Ekonomiks 12:19 12.04.2018

Azərbaycanda bu şirkətin televiziya yayımı bloklandı

Azərbaycanda fəaliyyət göstərən internet provayderindən biri ''Aile TV'' ədalətsiz rəqabət aparmaqda ittiham olunur. 

Qaynarinfo xəbər verir ki, oxucuların criminal.az saytına verdiyi məlumata görə, "Aile TV" internet provayderində öz şirkətlərinə məxsus olmayan İP TV qurğularını bloklayıb. 

Oxucu bildirir ki, ölkədə fəaliyətdə olan OD TV şirkətinin İP televiziya xidmətlərindən istifadə edirdi. Bu gündən isə həmin İP TV göstərməyib.  

OD TV şirkətindən şikayətçi abonentə bildirilib ki, televiziyanın yayımının dayanması "Ailə NET" tərəfindən bloklanmasıdır.  



Məsələ ilə bağlı "Ailə TV"nin qaynar xəttindən bloklanma xəbərini nə təsdiq, nə də təkzib etdilər. Problemin araşdırılacağını söz verdilər.