Ölkə 23:15 13.09.2019

Azərbaycanda bu tarixdə televiziya və radio kanalların yayımı dayandırılacaq

Sentyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq.

Bunu apa-ya "Teleradio" İstehsalat Birliyindən deyiblər.

Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.
Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunan cədvələ uyğun həyata keçirilir. Bu ilin cədvəlinə əsasən, dörd kompleks profilaktika nəzərdə tutulub.

Bu günədək profilaktika martın 4-də və iyunun 10-da keçirilib, üçüncüsü sentyabrın 16-da, dördüncüsü isə dekabrın 9-da keçiriləcək.