Ölkə 21:27 22.01.2018

Azərbaycanda bu yaşa çatmamış şəxslərə dərman satılması qadağan edilə bilər

Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satışı qadağan edilə bilər

Trend-in məlumatına görə, bununla bağlı "Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Dəyişiklikdə məqsəd 14 yaşı tamam olmamış şəxslərin həyat və sağlamlığına ziyan vurulmamasını nəzərə alaraq, onlara dərman vasitələrinin buraxılmasının qadağan edilməsidir.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.