Xəbər lenti

Azərbaycanda camışçılıq niyə zəifləyir? (ŞƏRH)
Ölkə 18:14 24.01.2024

Azərbaycanda camışçılıq niyə zəifləyir? (ŞƏRH)

"Azərbaycanda camışçılıq ölmək üzrədir. Son 10 ildə camışların sayı kəskin şəkildə aşağı düşüb. Bu tendensiya davam edəcək. Belə davam edərsə, bir müddətdən sonra görəcəyik ki, ölkədə camış yoxdur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. 

O bildirib ki, camışların yem təlabatı yüksəkdir: 

"Camışlar üçün yem istehsalı kifayyət deyil. Camışçılıqla məşğul olanlar heyvanları örüş sahələrinə çıxarırdılar. Amma bu gün orüş sahələrində ot örtüyü gedikçə azalır, məhsuldarlıq aşağı düşür. İstəlinən sahəni inkişaf etdirmək, orada hansı işləri görmək lazımdırsa, bunu hökumət müəyyən etməlidir. Məsələn, camışçılığı Azərbaycanda inkişaf etdirmək mümkün idi. Əgər daha da məhsuldar camış yetişdirmək istəyirlərsə, bu sahədə iş görmək, yem bazasını möhkəmləndirmək lazımdır. Elə yemlərin istehsalına önəm vermək lazımdır ki, camışlar daha çox süd versin. Camışlar inəklərdən fərqli olaraq daha sağlam heyvanlardır. Südü də daha faydalıdır, yağı da yüksəkdir".



Vahid Məhərrəmov Azərbaycanda camışçılığın inkişafı üçün şəraitin olduğunu vurğulayıb:

"Amma onu həyata keçirən yoxdur. Necə etməliyik ki, camış məhsulları istehsal və ixrac edək? Canmış südü ilə həm də keyfiyyətli pendir almaq olar, çünki yağlılığı yüksəkdir. Əsasən cins camışlar yetişdirmək lazım idi, amma bununla məşğul olmadılar. Fermerlər də baxır ki, get-gedə məhsuldarlıq aşağı düşür, onlara sərf etmir və məcburi kəsimə verirlər".

Vahid Məhərrəmov deyir ki, bu gün yediyimiz kolbasanın əksəriyyəti camış ətidir:

"Camış ətinin ziyanı yoxdur, daha faydalıdır. Camış əti ucuz başa gəlir. Qəssablar da camış əti satırlar, bunu dəqiq deyirəm. Xaricdən heyvan gətirirlər, amma onun südü də aşağı düşüb. Ona görə ki, yem yoxdur. Heyvan yemirsə məhsil gözləməyə dəyməz. Birinci növbədə ot, sonra ət və sonra süd. Aidiyyatı qurumlar bu sahəni bilmirlər, biləni də yaxın qoymurlar. Onlar yaxşı ət, kabab yeyə bilir".

Fermer Kərim Kərimli camışların əsasən su hövzələri ətrafında yetişdirildiyini əlavə edib:

"Bu heyvanın yaşaması üçün cay, göl ətrafı, dəniz sahili əlverişli bölgələr hesab edilir. Buna görə Azərbaycanın ərazisində belə imkan olan hər bir ərazidə camışlar yaşaya bilir. Camışların cırlaşmasının bir neçə səbəbi var, bunlardan başlıcası sərhədlərin bu heyvanlar üçün bağlı olması, ayrı iqliminin heyvanları ilə cütləşə bilməməsidir. Başqa səbəb insanların kortəbii heyvan bəsləməsi, heyvanlar arasında seleksiya aparmamasıdır. Bu sahədə uğur qazanan avropalılar camışları ötən əsrin əvvəllərində əsasən bizim bölgədən aparıblar, onlar bu heyvan üzərində çalışaraq heyvanların cinsi yetişkənliyini tezləşdirə bilib və həmçinin ət və süd verimini qaldırmağa nail ola biliblər. Biz bu heyvanların cırlaşmasının qarşısını almaq üçün son zamanlar dünyada geniş istifadə eilən süni toxumlama və embrion köçürməsi yolu ilə ala bilərik. Bunun üçün də dövlət bir sıra tədbirlər görməlidir”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->