Ölkə 16:02 10.09.2019

Azərbaycanda daha bir gəlin itkin düşdü

Lənkəranda 30 yaşlı gəlin itkin düşüb. 

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, Lənkəranın Talışlı kənd sakini Əliyev Adil Mürşüd oğlu hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib. 

O bildirib ki, bir evdə yaşadığı gəlini 1989-cu il təvəllüdlü Əliyeva Sevinc Ağalar qızı məktəbə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.