Ölkə 10:43 04.12.2020

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan öldü (FOTO)

Bakı şəhəri, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elman Yəhyayev koronavirusdan dünyasını dəyişib.

Qaynarinfo-nun unikal.org-a istinadən məlumatına görə, 57 yaşlı E.Yəhyayev bir neçə gün öncə adıçəkilən virusa yoluxma səbəbindən 1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) yerləşdirilib və müalicə alırmış.

E.Yəhyayev doğulduğu Sabirabad rayonunda dəfn ediləcək.