Xəbər lenti

Ölkə 13:48 23.02.2024

Azərbaycanda daha çox hansılar vətənpərvərdir: Oğlanlar, ya qızlar?

(Yazı "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə hazırlanıb)

Azərbaycanda gənc nəslin milli mənlik şüuru və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində son illər bir sıra mühüm işlər görülüb. Bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan gənci özünün yüksək vətənpərvərliyi, dövlətə, Vətəninə böyük sevgisi ilə yadaşlarda qaldı.
Prosesin gedişi onu deməyə əsas verir ki, hazırkı məqamda Azərbaycan gənci özünün yüksək vətənpərvərliyi, milli mənlik şüurunun yüksək inkişafı ilə seçilir. 
Maraqlı məqamlardan biri isə Azərbaycan gəncləri arasında güclü cinsin nümayəndələri, yoxsa gənc xanımların daha çox vətənpərvər olması, kimlərin daha yüksək səviyyədə milli mənlik şüuruna sahib olmaları məsələsidir? 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu düşünür ki, hər iki cins arasında bu məsələyə diqqətin artırılmasına ehtiyac var:
 


"Əslində hər iki cins nümayəndələrinin bu sahəyə daha çox diqqət yetirmələrinə ehtiyac var. Prezident də andiçmə mərasimində bu məsələnin üzərində dayandı. Deməli, məsələyə diqqəti bir qədər də artırmağa ehtiyac yaranıb. Gənc qızların, yoxsa oğlanların daha çox vətənpərvər və milli dəyərlərə daha çox sahib olduqlarını sosioloji soğru aparmadan hökm vermək doğru olmaz. Məsələ öyrənilməlidir, bunun üçün də sosioloji sorğuya ehtiyac var. Ancaq birmənalı olaraq deyərdim ki, hər iki cins arasında bu məsələlərə diqqət artırılmalıdır. Başa vurduğumuz yay qızlar arasında göbəyiaçıq gəzmək dəbə minmişdi. Bu isə milli mənəvi dəyərlərimizə sayğısızlıqdır. Gənclərimiz bunun düşmən texnologiyası olduğunu da başa düşmür. Bu yolla Azərbaycan gənclərinin xəstələnməsinə yol açırlar. Çünki göbəyi açıq gəzən qız uşaqlarının ən az 20 faizində sonsuzluq ehtimalı çoxalır. Oğlan uşaqları arasında da corabsız gəzməyi dəb salıblar”. 

Yazıçı-publisist Mehriban Vəzir isə gənclərdən ibarət hər iki cins nümayəndələrinin yetərincə vətənpərvər olduğunu deyir:
 


"Elə xanımlarımız ola bilər ki, onlarda vətənpərvərlik hissləri oğlanlarla müqayisədə daha yüksək olsun və yaxud əksinə. Deyərdim ki, hər iki gənc cins nümayəndələri arasında vətəpərvərlik hissləri güclüdür. 44 günlük savaş Azərbaycanın gənclərdən ibarət kişi cins nümayəndələrinin vətənpərvərlik hisslərinin göz qabağında olduğunu göstərdi. Onları dəstəkləyən əks cinsin də vətənpərvərliyi göz qabağındadır. Fikrimcə, hər iki cins yetərincə vətənpərvərdir. Vətənpərvərlik hissi şərait yarananda ortaya çıxır. Dinc dövrdə gənclərimizi kafe, barlarda daha çox görürük. Amma şərait yaranan kimi, hətta oxumayan uşaqlar belə özlərini gillə qabağına verərək, Vətəni müdafiə edir. Ona görə də belə bir bölgünü qəbul etmirəm. Hər iki cinsdə bu, bərabər səviyyədədir”.

Rüfət Sultan
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->