Ölkə 17:42 22.01.2022

Azərbaycanda daşınmaz əmlak bazarını Homdom.az dəyişə biləcəkmi?

Ölkəmizdə ev elanları saytı çoxdur. Təxminən 20-yə yaxın irili-xırdalı ev elanları saytı var. Amma bu saytların əksəriyyəti müasir tələblərə cavab vermir. Saytların problemləri çoxdur, amma onları qruplaşdırsaq görərik ki, istifadəçinin rahatlığı üçün yaradılmayıb:

  • Dizayn pisdir, mobil telefonlarda sayt çox narahatdır
  • Baza kiçikdir, gündəlik daim yenilənmir, ev axtaran adam üçün təzə elanlar qoyulmur
  • Saytların filtrləri zəifdir. İpotekaya ev axtaran adama kupçalı mənzil lazımdırsa, kupçalı mənzili onlarla elanın arasından tapmaq çətin olur.
  • Rayonlar, metrolar, qəsəbələr üzrə filtr sistemi yaxşı işləmir
  • Saytları peşəkarlar idarə etmir. Çox sayt sadəcə hobbi kimi yaradılıb, amma sonra onun "başını buraxıblar”.

Uzun illər ölkədə ən yaxşı sayt kimi bina.az lider olub. Ona yaxın saytlardan emlak.az, yeniemlak.az da populyardır. Bazara girmiş Ukrayna mənşəli korter.az saytı da yenitikili mənzil axtaranların seçiminə çevrilməyə başlayıb.

2022-ci ildə isə homdom.az saytı istifadəyə verilib. Digər saytlardan fərqli olmağı ilk baxışdaca bilinir.

  • İpoteka kalkulyatoru indi gənclər üçün çox vacibdir. Saytda onun olması üstünlükdür.
  • Ölkədə olan bütün metro stansiyalarının, rayonların, qəsəbələrin siyahısı vasitəsilə rahat filtrdən istifadə etmək olur.
  • Heç bir saytda olmayan bir çox funksiyalar var: mənzilə video əlavə etmək olur, binanın tikilmə ili, yaşayış kompleksinin adı üzrə mənzillərin axtarışı, təmir vəziyyəti və s.
  • Yaşayış kompleksləri öz binaları haqqında istədikləri məlumatları, evlərin proyektini rahat yerləşdirə bilər.
  • Saytda rieltor agentliklər üçün rahat panel var.

Saytda xeyli rahat səhifələr yaradılıb. Məsələn:

Analitik yazılar, təmir, daşınmaz əmlak bazarı haqqında məqalələr də yerləşdirilib ki, bu da saytı digərlərindən qabağa çəkir. Saytın dizaynı digər daşınmaz emlak saytlarından fərqlənir. Böyük və gözoxşayan şəkillər, sadə interfeys, gözü yormayan şablon vasitəsilə həm ev, həm də obyekt axtaranlar rahatlqla istədiyini tapa bilər.

Koronavirus pandemiyasının fəsadlarının bütün dünyada hiss olunduğu bir vaxtda, dünya iqtisadiyyatının krizisə girdiyi bir zamanda daşınmaz əmlak bazarı öz əhəmiyyətini getdikcə artırır. Dünənyanın əksər ölkələrində evlərin qiyməti bahalaşır. Qonşu Rusiyada həm kommersiya obyektləri, həm də yaşayış üçün mənzillərin qiyməti son 4 ildə az qala 2 dəfəyə qədər bahalaşıbvə proses hələ də davam edir. Ona görə də, Azərbaycanda bu sektora ciddi fikir verilməlidir. Ölkəmizdə yaxşı bir daşınmaz əmlak saytının olması, alıcıların və satıcıların razı qalması üçün ortaq bir platformanın olması vacibdir. Görünən budur ki, homdom.az saytı bu platforma rolunu oynamağa iddialıdır.