Video 11:49 27.11.2021

Bakıda dəbdəbəli toy: Dünya ulduzları bir arada (VİDEO)

Rusiya və Türkiyənin məşhur simaları Azərbaycana gəlib.

Qaynarinfo Olay.az-a istinadən xəbər verir ki, populyar estrada ulduzları Bakıda keçirilən dəbdəbəli toy mərasimində yer alıblar.

Həmin gecədə Rafet El Roman, Mustafa Ceceli, Polina Qaqarina, JONY (Cahid Hüseynli), ELMAN (Elman Zeynalov) çıxış edib.

Cavid Gülün aparıcısı olduğu tədbirdə Azərbaycandan olan sənətçilər də yer alıb. Belə ki, Xalq artisti Röya Ayxan, Əməkdar artist Xəyyam Nisanov gecədə çıxış edən müğənnilərdəndir.