Ölkə 22:23 23.10.2018

Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü

Ucar rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Qaynarinfo xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 250 km-də qeydə alınıb.

Bakı şəhəri istiqamətində hərəkətdə olan 1949-cu il təvəllüdlü Gədəbəy rayon sakini Elman Məmmədovun idarə etdiyi "VAZ-2106” markalı avtomobil yoldan çıxaraq kənardakı nəzarət kamerası dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü və yanında olan 1956-cı il təvəllüdlü sərnişin Solmaz Məmmədova aldıqları bədən xəsarətlərindən ölüblər.

Zərbənin təsirindən avtomobil və təhlükəsizlik kamerası da yarasız vəziyyətə düşüb.

Eyni gündə Zərdab rayonunda da ölümlə nəticələnən yol qəzası baş verib.

Belə ki, Zərdab-Mollakənd-Kürdəmir yolu Kürdəmir istiqamətində hərəkətdə olan traktor minik maşını ilə toqquşub.

Nəticədə minik maşınının sürücüsü hadisə yerində ölub. Hazırda ölən sürücünün şəxsiyyəti müəyyənləşdirilir.

Hər iki faktla bağlı araşdırma aparılır. (Report)