Ölkə 10:46 07.05.2018

Azərbaycanda dəhşətli qəza: 5 nəfər suda boğulub öldü (YENİLƏNİB)

Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 5 nəfərin boğularaq öldüyü bildirilir. 

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, ölənlərin hamısı qadındır. İlkin məlumatda onlardan 3-nün bir ailənin üzvü olduğu deyilir.

Traktoru idarə edən Şəhriyar qəsəbə sakini Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış.

Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.

***10.04
 
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, Şəhriyar kəndində baş verən qəzada 6 nəfər ölüb.

Hadisə Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində baş verib. Daha bir neçə nəfər xəsarət alıb.

İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.