Ölkə 20:03 16.03.2018

Azərbaycanda dəhşətli yol qəzası: 6 nəfər öldü

Ağsu-Kürdəmir yolunda dəhşətli avtomobil qəzası baş verib.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 18.30 radələrində Ağsu rayonunun Muradlı kəndi ərazisində qeydə alınıb.
 
"VAZ 2106” və "VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər ölüb, bir nəfər xəsarət alıb.