Ölkə 21:01 12.07.2019

Azərbaycanda deputat qəzaya düşdü

Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov avtomobil qəzasına düşüb.

Qaynarinfo xəbər verir ki, qəza bir neçə gün öncə Nəsimi rayonu ərazisində, keçmiş "Muğan" mehmanxanasının yerləşdiyi küçədə (Azadlıq və Vaqif prospektlərinin kəsişməsi) baş verib. Bildirilir ki, deputatın avtomobilinə ciddi ziyan dəyib, özü xəsarət almayıb. Hadisə zamanı sükan arxasında Məmmədhəsənovun sürücüsü olub. O, əlindən yüngül xəsarət alıb. 

Qeyd edilir ki, digər avtomobilin sürücüsü deputatın avtomobilini təmir etdirir. 
Əməkdaşımız məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlayıb. O, xəbəri nə təsdiq, nə də təkzib edib: "Yaxşıyam, hər şey qaydasındadır". (Ölkə.Az)