Ölkə 19:32 21.01.2019

Azərbaycanda doğulan körpələrin çoxu oğlandır, ya qız?

2018-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 127 min 681 doğulan körpə qeydə alınıb.

Bu barədə Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.  

Bu göstərici əhalinin hər 1000 nəfərinə 14,2 təşkil edib. Körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. 


Doğulan körpələrdən əkizlərin sayı 2462, üçəmlərin sayı isə 108 olub.