Azərbaycanda sabiq prezidentlər inzibati məsuliyyətdən azad olunacaqlar
Azərbaycanda sabiq prezident və onun arvadı (əri) inzibati məsuliyyətdən azad edilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunacaq.
Məcəlləyə əlavə olunacaq 7.1-1 maddəsində göstərilir ki, “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun arvadının (ərinin) inzibati məsuliyyətlə bağlı toxunulmazlığı “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” qanunla tənzimlənir”. Layihə artıq Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Qaynar.info
Şərhlər