Xəbər lenti

Azərbaycanda ən məşhur markaların adı açıqlandı - SİYAHI
Ölkə 15:57 07.05.2013

Azərbaycanda ən məşhur markaların adı açıqlandı - SİYAHI

Azərbaycanın onlayn mediasında monitorinq xidmətini təklif edən “Nettrends” şirkəti (www.nettrends.az) 2013-cü ilin aprel ayı ərzində brend, şəxs və müəssisə adlarının nə qədər çəkilməsiylə bağlı statistikanı açıqlayıb.

Təqdim edilən rəqəmlər müvafiq sözlərin Azərbaycanın internet məkanında olan Azərbaycan, rus və ingilis dillərində 100-dən çox xəbər saytında dərc edilmiş 100 minə yaxın məqalənin analizinə əsasən müəyyən edilib. 

Aprel ayında banklar arasında liderlər siyahısına Beynəlxalq Bank və Bank of Azerbaijan başçılıq edir. Belə ki, bu banklar barədə çıxan xəbərlər bütün bank xəbərləri arasında müvafiq olaraq 18% və 13% təşkil edir. 

Avtomobil markaları siyahısına Mercedes və BMW, Universitetlər siyahısına isə Neft Akademiyası və Qafqaz Universiteti başçılıq edirlər. 

Sığorta şirkətləri arasında martda olduğu kimi, apreldə də AXA MBASK birincidir. Mobil operatorlar arasında ən çox adı çəkilənlər siyahısında isə birinci Bakcelldir.

Xarici məhsul brendlərinə Adidas idman geyim və məhsulları markası 14%-lə, yerli məhsul brendlərinə isə 23% Sirab şirkəti liderlik edir. 

“Nettrends” MMC Azərbaycan internet məkanındakı xəbər saytlarını monitorinq edən xidmətdir. Xidmət korporativ və eləcə də fərdi müştərilərə göstərilir. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->