Ölkə 23:10 16.04.2019

Azərbaycanda ən yaşlı tələbə 430 manat təqaüd alır

Azərbaycanda ən yüksək təqaüdü alan ən yaşlı tələbə  Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alır. O, Filologiya fakültəsinin ikinci kurs tələbəsi – 50 yaşlı Əfsəl Qazıyevdir.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat Azərbaycan Universitetləri səhifəsində paylaşılıb. Əfsəl Qazıyev 430 manat təqaüd alır:

* 130 manat - Əlaçı təqaüdü
* 200 manat - Rektorun əmri ilə ən yaşlı tələbə təqaüdü
* 100 manat - 6 fəndən 100 bal aldığına görə.