Ölkə 18:39 18.01.2022

Azərbaycanda ən yaxşı ev elanları saytı istifadəyə verildi

Azərbaycanda son zamanlar inkişaf edən s sahələrdən biri də inşaat sektorudur. Onsuz da basabas olan Bakıda gündə bir hündürmərtəbəli bina ucalır. Tələbat çox olduğuna görə hətta Masazır, Xırdalan, Bakının kənarı sayılan ərazilərdə də binalar ucalmağa davam edir.

Öz evini, daçasını, villasını kirayə vermək istəyənlər də az deyil. Bakıətrafı kəndlərdə (Bilgəh, Pirşağı, Şüvəlan, Kürdəxanı və s.) evini satan da, kirayə verən də çoxalıb.

Təbiidir ki, həm tələb, həm də təklif çox olan yerdə müştəriləri daha rahat tapmaq üçün yaxşı elan saytına ehtiyac olur. Uzun illər bu sahədə bina.az saytı ən populyar idi. Sonralar emlak.az, yeniemlak.az, arenda.az və s. kimi saytlar da çıxıb xeyli istifadəçi kütləsi yığmağa nail olub.

Amma etiraf edək ki, elan saytlarımız o qədər də yaxşı halda deyil. Çoxunda ən sadə filtrlər belə işləmir. Bir saytda kupçalı evi filtrləmək olmur, digərində novostroykalar və köhnə tikililəri ayımraq olmur, o birinin də dizaynı bərbad gündədir. Metroların, populyar bağların və s. yaxınlığında ev elanını tapmaq çox saytda qəliz məsələdir.

Nəhayət ki, Azərbaycanda da çox yaxşı bir daşınmaz əmlak saytı üzə çıxdı. Homdom.az saytı digərlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir:

·Rahat ipoteka kalkulyatoru

·ən geniş filtr imkanları

·metroları asanlıqla seçmək

·geniş məqalə bazası

·yaşayış kompleksləri haqda ətraflı məlumat

·gözoxşayan, xarici standartlara cavab verən dizayn

Sayt sürətlə açılması, mobil telefonlara uyğun olması, istifadə rahatlığı ilə digərlərindən seçilir. İstər kirayə elanlar, istərsə də satış üçün ev elanları yaxşı strukturlaşdırılıb. Eyni vaxtda bir çox filtri seçmək mümkün olduğu üçün "İnşaatçılar metrosunun yanında 3 və 4 otaqlı, sahəsi azı 120 kv.m. olan evlərin 500 manata qədər kirayəsi” kimi dar istəyə uyğun nəticələri belə rahatlıqla tapmaq olur.


Amma saytda çatışmayan məqamlar da var. Azərbaycan rayonlarının 90%-i əlavə edilsə də, azad edilmiş Qarabağın rayonlarını görməmək məyusluq yaratdı. Səngəçal, Zirə, Puta qəsəbəsi kimi o qədər tanınmayan yerlər üçün özəl səhifələr olsa da, Beşbarmaq, Nabran, Pirallahı adası üçün özəl səhifələr yox idi.

Azərbaycanda ən rahat ev elanı saytı olmağı hədəfləmiş sayt hələ çox yol getməlidir. Amma ipoteka kalkulyatoru və s. kimi funksionallıqların sayəsində saytın bunu qısa zamanda edəcəyinə ümid var.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?