Video 23:52 23.10.2018

Azərbaycanda eşşək südü satılacaq: 200 qram südün qiyməti... (VİDEO)

Azərbaycanda eşşək südü satılacaq. Bunun üçün 100-yaxın eşşəyin saxlanıldığı fermada tikilib. 1 litr eşşək südü alıcılara 80 manatdan təklif ediləcək.

Ölkədə ilk dəfə olaraq eşşək südü istehsal olunacaq.Artıq bunun üçün eşşək fermasıda yaradılıb.

Abşeron rayonu Məhəmmədi qəsəbəsində tikilən fermada 100-ə yaxın eşşək saxlanılır. Sahibkar Ülvi Hidayətzadə deyir ki, bu ferma nəyinki Azərbaycanda, eləcə də Qafqazda ilk eşşək fermasıdır. Onun sözlərinə görə, buradakı heyvanların hamısı həkim nəzarətindən keçib, peyvənd olunub.

Fermada gün ərzində 10-15 litr süd əldə ediləcək. Qiymətlər isə müxtəlif olacaq. Gələcəkdə bu südün xaricəsatışıdaplanlaşdırılır.

Müvafiq sertifikatlar alındıqdan sonra eşşək südünün satışa çıxarılması planlaşdırlır.

QidaTəhlükəsliyi Agentliyindən isə blidirilib ki , hazırda həmin fermailəbağlı araşdırmalar aparılır.