Xəbər lenti

Azərbaycanda evlənmək istəyənlərin dəhşətli xəstəlikləri üzə çıxdı
Sağlamlıq 14:53 12.04.2019

Azərbaycanda evlənmək istəyənlərin dəhşətli xəstəlikləri üzə çıxdı

2019-cu ilin mart ayında nikaha daxil olmaq istəyən 9965 nəfər qan müayinəsinə cəlb olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Modern.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib. Z.Əlimirzəyeva qeyd edib ki, 247 cütlükdən birində talassemiya daşıyıcılığı aşkarlanıb. Daha 5 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı qeydə alınıb:

"Həmçinin 9 nəfərdə HİV, 9 nəfərdə sifilis qeydə alınıb”. İnstitut direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 529915 nəfərdə qan müayinəsi aparılıb:

"18963 cütlükdən birində talassemiya daşıyıcılığı, 199 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1746 nəfərdə sifilis, 472 nəfərdə HİV(QİÇS) qeydə alınıb”.

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->