Xəbər lenti

Azərbaycanda faşizm üzərində qələbə abidəsi satılıb? - İDDİA
Foto 14:35 03.08.2025

Azərbaycanda faşizm üzərində qələbə abidəsi satılıb? - İDDİA

Azərbaycanda kuryoz hadisə baş verib.

Oxu.Az-a bu barədə Cəlilabadın Göytəpə şəhər sakinləri məlumat veriblər.

Sakinlər iddia edirlər ki, rayonun Göytəpə şəhərində 1941-1945-ci il Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin əldə edilməsinə görə ucaldılan xatirə abidəsinin yeri dolayı sənədlər əsasında Almaniyada yaşayan bir şəxsə satılıb. Abidənin ərazisi isə dəmir hasara alınıb.

Şəhər sakinləri bu hala biganə qalmayıb və öz hesablarına abidəni yenidən bərpa ediblər.

Hazırda abidənin ətrafından hasarın sökülməsi üçün imzalar toplanıb, müvafiq qurumlara müraciət hazırlanır. Onların tələbi abidənin əvvəlki vəziyyətinə qaytarılmasıdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->