Ölkə 20:53 21.01.2020

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı

Azərbaycanda fəaliyyət göstərən tibb işçilərinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, 2020-ci ilin əvvəlinə olan məlumatlara əsasən, ölkədə 32,6 min həkim və 54,2 min orta tibb işçisinin çalışdığı 565 xəstəxana və 1745 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir.

Əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim, 54 orta tibb işçisi düşür.