Xəbər lenti

Azərbaycanda gecikmiş kreditlərin məbləği nə qədərdi?
Ölkə 22:03 18.01.2018

Azərbaycanda gecikmiş kreditlərin məbləği nə qədərdi?

2017-ci il dekabrın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 226,2 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, ümumi kredit portfelinin 9 milyard 872,2 milyon manatı və ya 80,7 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96,6 faizi banklar, 3,4 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 890,3 milyon manata çatıb və ümumi kredit portfelinin 15,5 faizini təşkil edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->