Azərbaycanda hər min nəfərdən neçəsi dünyasını dəyişir?

Azərbaycanda hər min nəfərdən neçəsi dünyasını dəyişir?

Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 39004 ölüm halı qeydə alınıb.

Məlumata görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 6,0 təşkil edib.

Respublikada doğulmaların sayına gəlincə, cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 95395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınıb.

Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır.

Doğulanlardan 1712-si əkiz, 33-ü üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.

Qaynarinfo.Az

XƏBƏRLƏR
BLOGLAR