Sağlamlıq 16:35 25.12.2018

Azərbaycanda ilk: Körpələr üçün SPA mərkəzi açıldı (FOTOLAR)

40 faiz açılış endirimini qaçırmayın

Azərbaycanda ilk dəfə körpələr üçün SPA mərkəz fəaliyyətə başlayıb. 

Nəsimi rayonu, Ənvər Qasımzadə 56B ünvanında yerləşən BUBBLES baby SPA -da körpələr üçün yüksək peşəkarlıqla təşkil olunmuş xidmətlərdən yararlana bilərsiniz.

Mərkəzin icraçı direktorunun bildirdiyinə görə, mərkəz xüsusi olaraq körpələr üçün nəzərdə tutulmuş SPA hovuzlarla təmin olunub. Hovuzlar hər körpə üçün individual olaraq təmizlənir və doldurulur. Suyun təmizliyinə müasir texnologiyalarla nəzarət edilir.

Bir SPA proseduruna gimnastika, "floating” adlanan su rəqsi və peşəkar masaj daxildir.  

Ardıcıl tətbiq olunan bu üç prosedur körpənin zehni və fiziki inkişafına stimul verir, köp və yuxusuzluq kimi problemləri aradan qaldırır.

Mərkəzdə körpələr, üzmək üçün bezlər, sterilizə olunmuş dəsmallar və masaj yağları ilə təmin edilir. Körpənin və ananın komfortu üçün bütün incəliklər düşünülüb. 

Hal-hazırda açılışa özəl olaraq 40% endirim var. Endirimlər dekabr ayının 30-na qədərdir. Endirim müddətində SPA paketi alanlar 6 ay müddətdinə istifadə edə bilər.

Bundan başqa mərkəzdə mini bufet və analara hədiyyələr də müştərilərin yolunu gözləyir.

Tel: 0124401119
Mob: 0509718186