Ölkə 16:36 14.03.2021

Azərbaycanda indiyədək neçə nəfər peyvənd olunub?

Ötən gün Azərbaycan Respublikasında 5 942 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Qaynarinfo koronavirusinfo.az saytına istinadla xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə 453 586 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam edir.