Ölkə 20:36 03.06.2020

Azərbaycanda işdən çıxma saatlarında dəyişiklik gözlənilir

"İşə başlama vaxtı səhər saat 08:00, 08:30 və 09:00 olmaqla üç qrupa bölünsə, müvafiq olaraq işdən çıxma saatları da dəyişəcək. Bununla da ictimai nəqliyyatda sıxlıqla bağlı problemlər aradan qalxar”.

Qaynarinfo-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr bildirib ki, bununla bağlı təklif operativ qərargaha təqdim olunub.