Foto 09:57 18.07.2018

Azərbaycanda İtaliya prezidentinin rəsmi qarşılanma mərasimi olub (FOTOLAR)

Azərbaycana rəsmi səfərə gələn İtaliyanın prezidenti Sercio Mattarellanın iyulun 18-də rəsmi qarşılanma mərasimi olub.

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İtaliya prezidentinə raport verib.

İlham Əliyev və Sercio Mattarella fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İtaliya örezidenti Azərbaycan əsgərlərini salamlayıb.

İtaliya və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Azərbaycannın dövlət və hökumət nümayəndələri Sercio Mattarellaya, İtaliya nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.